Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ümumdünya kitab bağışlama günü”

14.02.2018

   14 fevral "Ümumdünya kitab bağışlama günü"dür.   Bu  gün münasibəti ilə İsmayıllı rayon Mərkəzi kitabxanasında tədbir keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Könül Baxışova açdı. Tədbirdə  iştirak edən rayonumuzun şairləri Mehriban xanım və Şahməmməd Dağlaroğlu oxucularla görüşərək öz yaradıcılıqlarından bəhs etdilər. Onlar son yazdıqları şeirlərini səsləndirdilər. Kitab bağışlama günü münasibəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İsmayıllı rayonu Bilik Evinin direktoru Sevinc Novruzova oxuculara mütaliənin faydasından söhbət açdı, sonda Bilik Evi oxuculara qiymətli  kitablar hədiyyə etdi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminə "Qəqə-Qordud"dan "Basat və Təpəgöz"ün 25 dildə tərcüməsini təqdim etdi.