15.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayonu MKS-in Uşaq şöbəsinin məktəblilərlə “Gələcək bizimdi ətraf mühiti qoruyaq!” adlı görüşü baş tutdu.
Əməkdaşlarımızın qonağı olduğu balacalar rayon məktəbinin rus bölməsinin 4 -cü sinif şagirdləri idi.
Şagirdlərlə rus və azərbaycan dillərində kitablar təqdim olundu. Gələcəyimiz olan balacalarla ətraf mühitin qorunması, bəşəriyyətin qarşısında duran qlobal istiləşməni və planetimizdə baş verən hava şəraitinin dəyişilməsi barədə uşaqlar anlayacaq sadə formada danışıldı. Maraqla dinlənilən mövzu barədə şagirdlərin verdiyi suallar əməkdaşlarımız tərəfindən cavablandırıldı.