28.04.2020
İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyi tərəfindən Zərifə Əliyevanın anadan olmasının 97-ci il dönümü münasibəti ilə “Zirvələrə yüksələn zərif insan ömrü” başlıqlı videorolik hazırlanıb. Videorolikdə Zərifə xanım Əliyevaya həsr olunmuş şeir səsləndirilib,Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyi vurğulanıb. Hazırlanmış videoroliki linkə keçid edərək izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=msnCTu_lze0