28.04.2020
Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir. İsmayıllı rayonunda bu sənət növü hələdə yaşadılır. İsmayıllı rayon Heydər Əliyev Mərkəzi tərəfindən xalçaçılıq sənətinə həsr olunmuş maraqlı videoçarx hazırlanıb.
Linkə keçid edərək videonu izləyə bilərsiniz:
https://youtu.be/tnJ36p3ZcKY