Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsində növbəti onlayn müşavirə keçirilib

27.04.2020

27 aprel tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsində regional idarənin rəisinin, rəis müavinin və regional idarənin tabeliyində olan rayonlar üzrə nümayəndələrin iştirakı ilə onlayn müşavirə keçirilib. Müşavirə zamanı çıxış edən regional idarənin rəisi Elnur Hüseynov ölkəmizdə koronavirus (COVİD-19) infeksiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimi günlərində İsmayıllı Regional Mədəniyyət İdarəsinə tabe mədəniyyət müəssisələrinin onlayn idarə olunması ilə bağlı görülən işlər, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, mədəniyyət müəssisələri tərəfindən onlayn şəkildə həyata keçirilən tədbirlər haqqında danışıb. Elnur Hüseynov sosial şəbəkələr üzərindən fəaliyyətin daha da genişləndirilməsi, aktivliyin artırılması,elektron xidmətlərin əhatəsinin və səviyyəsinin yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.