Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Muğam düşüncədir”

23.04.2020

Əziz izləyicilər, sizləri 23 aprel tarixində saat 20:00-da İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət məktəbinin virtual konsert proqramına dəvət edirik. Məktəbin xanəndə ixtisası müəllimi Əsədov Fikrət sizləri "Muğam düşüncədir" adlı konsert proqramı ilə evdən salamlayacaq. Virtual konsert proqramını Zoom tətbiqi vasitəsi ilə (zoom kodu:6583561977)canlı olaraq izləyə bilərsiniz.