Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitab de,oxuyaq!

09.04.2020

Koronavirus  (COVİD-19) pandemiyasının  yayılmasının qarşısını  almaq  məqsədi ilə  Azərbaycan Respublikasında keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində  İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi onlayn formada  fəaliyyətini davam etdirir.Evdə qal layihəsi əsasında  İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana  Sistemi  “Kitab  de,oxuyaq!”  təşəbüsünü irəli sürmüşdür.  Təşəbbüsün əsas məqsədi oxucuların bədii və elmi ədəbiyyata maraqlarının artırılması, mütaliəyə həvəsləndirilməsi, gənclərdə kitab oxumaq ənənələrinin inkişaf etdirilməsi və onların maarifləndirilməsidir.

 Çağırışa qoşulmaq istəyənlər tövsiyyə etdikləri kitabın rəsm və ya videosunu   #kitabdeoxuyaq heşteqi ilə sosial şəbəkələrdə  paylaşa bilərlər. Gəlin karantin müddətində öz daxili dünyamızı kitablarda axtaraq və kitab oxumağı təbliğ edək.

#Evdəqalmütaliəsizqalma.