08.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-də Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, yazıçı publisist Əlisafa Azayevlə görüşü keçirildi. Öz yeni kitablarını kitabxanaya təqdim edən yazıçı, eyni zamanda kitabxananın əşəkdaşlar ilə maraqlı söhbət apardı, onları marağlandıran suallara cavab verdi, yazıçı əsərlərinin sujet xətti, ideyası, personajları haqqında danışdı. Yazıçının səmimi söhbəti hər kəsə xüsusi ovqat bəxş etdi.
Sonda yazıçı publisist Ə.Azayev bu maraqlı görüş üçün hər kəsə öz minnətdarlığını bildirdi, kitabxananın əməkdaşları ilə xatirə şəkilləri çəkildi.