Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənə bəxş olunmuş ömür

31.01.2018

     İsmayıllı Rayon Mədəniyyət və Turizm  İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Tarix-Diyarşünaslıq muzeyində 31 yanvar M.Ə.Rəsulzadənin 134 illiyi ilə əlaqədar olaraq Anım mərasimi təşkil olunmuşdur.

     Azərbaycan  Xalq  Cumhuriyyəti  qurucularından biri  olan  M. Rəsulzadə  1884-cü  il yanvarın  30-da  Bakının   Novxanı  kəndində  anadan  olmuşdur.İlk  təhsilini   maarifpərvər   ziyalımız  S.M.Qənizadənin əsasını   qoyduğu  “Rus-müsəlman”  məktəbində  almış,  sonra   Bakı   texniki  məktəbində  davam  etdirmişdir.  M.Rəsulzadə  “Qaranlıqda  işıqlar” adlı  dram  əsəri  ilə  Azərbaycanda  inqilabi  dramaturgiyanın  əsasını  qoymuşdur.                               

     M.Rəsulzadə  hələ  gənc  yaşlarından  inqilabi  fəaliyyətə  başlamış  1902-ci  ildə “Müsəlman  gənclik  təşkilatı”nı  yaratmışdır. Bu  XX  əsrdə   Azərbaycanda  rus  üsul-idarəsinə  qarşı  mübarizə  aparan  ilk  siyasi   təşkilat  idi.  M.Rəsullzadə  xalqının  zülm  altında  yaşamasına  dözə  bilmirdi  və  həyatın  xöşbəxtliyini  azadlıqda  görürdü.  İstiqlal uğrunda  ardıcıl  mübarizədən  yorulmayan   M.Rəsulzadə   doğma  vətəninə   bəslədiyi  məhəbbətin  sonsuzluğu bu gün də  hər  kəsi  valeh  edir.

     Bu günkü gündə 1918-ci il tariximizin şanlı səhifəsi: - Azərbaycan Xalq   Cumhuriyyətinin adı  məhz Məmməd Əmin Rəsulzadə ilə bağlıdır. Tədbirdə 1918-1920-ci illər haqqında geniş tarixi mövzuda çıxışlar aparıldı, eyni adlı güşəyə baxış keçirildi.