06.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayonu MKS-in Uşaq kitabxanasında bu gün digərlərindən fərqli olan tədbir təşkil olundu. “Bizə kitab gəlib” devizi altında təşkil olunan tədbir oxucular tərəfindən böyük maraqla qarşılandı.
Bu səpkili tədbirlərin keçirilməsində məqsəd rayonumuzun gələcəyi olan uşaq və gəncləri kitabxanalara cəlb etmək, fəal vətənpərvər insanlar yetişdirməkdir.
Müxtəlif yaşlı oxucular üçün mövcud olan kitablardan ibarət sərgiyə baxış keçirildi. Həm azərbaycan, həm ingilis dilində olan kitabların bibloqrafik icmalı təşkil edildi. Bir neçə kiçik həcmli hekayalərin bədii qiraəti keçirildi.