Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbir

05.02.2018

    İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Təklə kənd Uşaq Musiqi məktəbində Azərbaycan klassik musiqisinin inkişafında əvəzsiz xidmətləri olan bəstəkar və pedaqoq,  Azərbaycan  mədəniyyətinin  ən  görkəmli nümayəndələrindən biri olmuş Qara Əbülfəz oğlu Qarayevin  100 illiyinə   həsr edilmiş tədbir keçirilmişdir.

     Tədbiri məktəbin direktoru G.Cəbrayılov  açaraq hər kəsi salamladı və tədbirə dəvət olunmuş qonaqları - İsmayıllı şəhər Uşaq İncəsənət Məktəbinin direktor əvəzi Bəhruz müəllim, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin vokal müəllimi Kazım-Nicat Fəxrini kollektivə təqdim etdi. Sonra məktəbin nəzəriyyə müəllimi X.Lətifova Qara Qarayevin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. Kazım-Nicat Fəxrinin ifasında Qara Qarayevin “Я вас любил” romansı şagirdlərin böyük marağına səbəb oldu. Daha sonra Bəhruz müəllim tədbir haqqında fikirlərini bildirdi.

     Tədbir  məktəb şagirdlərinin iştirakı ilə geniş konsert proqramı ilə davam etdi.