02.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-in aylıq seminar iclası keçirildi. İclası açıq elan edən MKS-in müavini Ruhiyyə Mirzəyeva hər kəsi salamladı və Gənclər günü münasibətilə müəssisənin gənc əməkdaçlarını təbrik edərək ən xoş arzularını çatdırdı.
Seminar zamanı görülmüş işlər müzakirə olundu, seminarın gündəliyində duran Gənclər günü və Xocalı Soyqrımı ilə əlaqədar olaraq məruzələr edildi. Daha sonar Qara Qarayevin 100 illiyi ilə əlaqədar olaraq video slayd nümayiş etdirildi. Eyni zamanda Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar olaraq ismayıllı rayon MKS nin oxu zalında sərgi təşkil edilmişdir.
Sonda R.Mirzəyeva görülüəcək işlər barədə lazımı tapşırıqları verərək hər kəsə işlərində uğurlar arzuladı.