02.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Yenilik kənd Sənətkarlıq Klubu və kitabxana filialı Gənclər günü ilə əlaqədar birgə tədbir təşkil etmişdir. Azərbaycanda şahmatın təbliği ilə bağlı böyük işlər görüldüyünü nəzərə alan Ağsulu əməkdaşlar da şahmat oyunlarını sevdirmək məqsədilə məktəb uşaqları arasında şahmat yarışı təşkil etdilər.
Sonda qaliblər həvəsləndirici hədiyyələrlə mükafatlandırıldı.