Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gözəlliyi tərənnün edən şair”

18.01.2018

   Qobustan şəhər A.O.Çernyayevski  adına 1 saylı tam orta məktəbində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibəti ilə "Gözəlliyi tərənnün edən şair" adlı poeziya axşamı keçirilib. Tədbirdə  müəllimlər,  şagirdlər, kitabxana işçiləri iştirak ediblər. Aparıcılar tədbiri giriş sözü ilə açaraq, qüdrətli söz ustası, gözəllik, həqiqət və məhəbbət carçısı Molla Pənah Vaqifin yubileyinin respublikamızın hər yerində böyük təntənə ilə ilə qeyd olunduğu, bu cür tədbirlərin şairə böyük sevginin parlaq təzahürüdü olduğunu bildirmişdir. Çıxış edənlər M.P.Vaqifin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatında rolu, sənətkarlıq xüsusiyyətləri barədə ətraflı məlumat veriblər. 

   Sonra məktəblilərin ifasında Səməd Vurğunun "Vaqif" dramından səhnələşdirilmiş  parçalar nümayiş olundu. Molla Pənah Vaqifin şeirlərini səsləndirən şagirdlərin ifası tədbir iştirakçıları tərəfindən  rəğbətlə qarşılandı. Tədbirin sonunda  "Molla Pənah Vaqif -300" başlıqlı sərgiyə baxış keçirildi.