Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Milli musiqi alətimiz-milli sərvətimizdir”

28.01.2020

28 yanvar 2020 ci il tarixində  Müslüm Maqomayev  adına  Azərbaycan Dövlət  Akademik  Filarmoniyasında     “Milli musiqi  alətimiz- milli  sərvətimizdir”  adlı  konsert   baş  tutmuşdur. Azərbaycan Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi   ilə  keçirilən konsertdə  Respublika  və  Beynəlxalq  müsabiqələr   laureatları  iştirak  etmişdirlər. Konsert proqramında Azərbaycan, rus  və  qərbi- avropa   bəstəkarlarının   əsərləri səsləndirilmişdir.Konsertdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin  tabeliyində  fəaliyyət  göstərən   Ağsu rayon Uşaq Musiqi məktəbinin tar ixtisası üzrə 5 ci sinif şagirdi  Vasif Cavadov   Azərbaycan Dövlət Xalq Çalğı alətləri orkestrinin müşayəti ilə çıxışı etmişdir. “Gənclərə dəstək” layihəsi çərçivəsində təşkil edilən konsertin əsas məqsədi Azərbaycanda gənc istedadları üzə çıxarmaq və onları inkişaf etdirməkdir. Layihənin ideya müəllifi filarmoniyanın direktoru, Xalq artisti Murad Adıgözəlzadə, əlaqələndiricisi Ayla Kərimova-Zakariyadır.