Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllıda gənclərin bayram şənliyi

02.02.2018

  İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin və İsmayıllı Gənclər və İdman idarəsi birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda da ″Gənclər Günü ″ geniş şəkildə qeyd olundu.

  Tədbirdən öncə iştirakçıların bir qrupu əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzdülər.

  Daha sonra bayram tədbiri  “Qala” şadlıq sarayında davam etdirildi. 2 fevral – Azərbaycan gəncləri günü münasibətilə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, YAP İsmayıllı Rayon Təşkilatının sədri Sevil Əhmədova və digər iştirakşılar gənclərimizə təbriklərini və xoş arzularını çatdıdılar, ismayıllı gənclərinin intellektual inkişafından, təhsildə diqqətəlayiq uğurlarından, dövlətimizin gənclərə diqqət və qayğısından geniş danışdılar.

  Bayram təbriklərindən sonra Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Niyal instrumental ansamblının müşaiyət ilə bayram şənliyinə yüksək əhval-ruhiyyədə davam etdi.