Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qobustanda Gənclər Günü

02.02.2018

Qobustan rayon İcra Hakimiyyətinin akt zalında keçirilən yığıncaqda İcra Hakimiyyətinin başçısı Adil Məmmədov gəncləri təbrik edib, əmək fəaliyyətində, təhsildə,mədəniyyətdə və idmanda onlara uğurlar arzulayıb. İcra Hakimiyyətinin başçısı bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü yeni nəslin yetişdirilməsində  Ulu Öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin nəticəsi olduğunu vurğulayıb.

    Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, rayon icra hakimiyyətinin başçısı aparatının sektor müdiri Niyal Xanaliyev, Qobustan şəhər R. Behbudov adına Uşaq İncəsənət məktəbinin direktoru Zaur Cəfərov və  başqaları çıxış ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin fərman və sərəncamlarının icrası, uğurla həyata keçirilən Dövlət proqramları gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, paytaxt və rayonlarda Gənclər evinin, Gənclər mərkəzinin açılması gəncliyin uğurlu gələcəyinə hesablanıb. İndi ölkəmizin digər rayonlarında, o cümlədən Qobustanda Gənclər mərkəzi fəaliyyət göstərir. Məqsəd gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtlarının səmərəli təşkilidir. Rayonun ictimai-mədəni həyatında, habelə idmanda fərqlənən bir qrup gəncə qiymətli hədiyyələr təqdim olunub.