02.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasının oxu zalında Gənclər Günü ilə bağlı dəyirmi masa təşkil edilmişdir.Mərkəzi kitabxananın və rayon Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi tədbiri giriş sözü ilə açan MKS-in direktoru Cəbrayıl Bədəlov bayram münasibətilə tədbir iştirakçılarını və Azərbaycan gənclərini təbrik etmiş, azərbaycan gəncliyinin cəmiyyətində rolunu yuksək qiymətləndirmişdir. Mədəniyyət Mərkəzinin işçisi Elçin Novruzov "Gənclik gələcəkdir" adlı məruzə ilə çıxış edərək, respublikamızda aparılan uğurlu gənclər siyasətindən, gənclərə göstərilən qayğıdan, gənclərin elm, mədəniyyət, idman sahəsində qazandığı uğurlardan danışmışdır.
Mədəniyyət Mərkəzinin işçisi Əzizağa Əzizov və MKS-in işçisi Mələk Qəhrəmanova çıxış edərək bu günkü gəncliklə bağlı fikirlərini bildirmişlər.