30.01.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində ”Qafqaz Albaniyası 2500 “adlı yeni, maraqlı sərgi təşkil olunmuşdur. Sərgidə antik dövr dolçalar, vazalar,müxtəlif formalı su qabları,boşqablar ,su boruları,kirəmit və kərpic nümunələri ,tuncdan bəzək əşyaları sərgilənmişdir.Maraqlı nümunələr tarixi baxımından çox qədim olduğu qədər ,həm də diqqətçəkicidir.Onu da qeyd etmək lazımdır ki, ХV əsrdə Qəbələ şəhərinə gizli yollarla su kəməri çəkilmişdir və həmin bu boruların nümunələri də sərgidə özünə yer tapmışdır.
Tuncdan müxtəlif formalı bəzək əşyalarının yeri bu sərgidə tamamilə başqadır. Zoomorf, həndəsi fiqurlar öz gözəlliyi ilə hər kəsi düşündürür və heyran edir. V-VI əsrlərdə texniki avadanlıqların olmadığı bir vaxtda əl əməyinin, zəhmətinin hesabına ərsəyə gələn belə gözəl sənət nümunələri doğma Azərbaycanımızın tarixən sənətkarlar yurdu olduğunu bir daha sübut edir. Hər bir kəsi Qəbələ rayon Tarix-Diyarşünaslıq muzeyinə belə maraqlı sərgini tamaşa etməyə dəvət edirik.