Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Daşlaşmış nağıllar

01.02.2018

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı  rayon  MKS-nin  Uşaq şöbəsində növbəti tədbir keçirildi. Tədbir, kitabxanın yeni oxucuları ilə Uşaq kitabxanasının girişində hər bir oxucunun marağına səbəb olan, diqqətini çəkən  maraqlı rəsm əsəri, daşlaşmış uşaq nağıllarının qarşısında idi.

         Oxucular həmişə gülərüz, səmimi  qarşılayan kitabxanın əməkdaşları oxucuların öz xahişi ilə, onları daşlaşmış nağılların qarşısında qarşıladılar. Çünki hər bir oxucu üçün bu nağıllar-hekayələr düşündürücü olur. Görəsən “Ağacın budağını” bəzəyən bu meyvələr nə haqqındadır? Hansı nağıllardır? Onların mənası nədir?

       Kitabxanın əməkdaşı  oxucuları düşündürən bu sualları ətraflı cavablandırdı. Ağacın kitabdan oldulduğunu, onun qol-budaqlarının isə Azərbaycan xalq  nağıllarını, görkəmli şairlərimizin əsərlərini təmsil etdiyini izah etdi. Oxucular  sonra kitabxanın digər şöbələri ilə tanış oldular, kitabxanaya  üzv  yazıldılar.