26.01.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon MKS-də Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan publisist, tərcüməçi Firidun bəy Köçərlinin 155 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbir amanı çıxış edənlər ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində F.Köçərlinin maarifçi ziyalı kımı apardığı işlərdən danışmış, əsərləri, ruhanilərin tənqidinə,qadın probleminə, maarif məsələlərinə həsr olunmuş məqalələri, uşaqlar üçün nəşr olunan kitab və jurnalları, çalışdığı qəzet və jurnallar barədə məlumat vermişlər.