Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Firidun bəy Köçərlinin 155 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

26.01.2018

   İsmayıllı Regional Mədəniyyət  və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  İsmayıllı rayon Mərkəzi kitabxanası və Uşaq şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan publisist, tərcüməçi Firidun bəy Köçərlinin 155 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru K.Baxışova açdı.Tədbir zamanı MKS-nin bibloqrafiya şöbəsinin işçisi G.Əliyeva, Uşaq şöbəsinin bibloqrafı Rəna Süleymanova çıxış edərək Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş söhbət açdılar. Daha sonra F.b. Köçərli haqqında video-çarxa və Köçərlinin 155 illik yubileyinə həsr olunmuş sərgiyə baxış keçirildi.