Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxı rayon Mədəniyyət Mərkəzinin filillarında “20 Yanvar” faciəsi ilə bağlı tədbirlər keçirildi

19.01.2018

     İsmayilli Regional Mədəniyyət və Turizm İdarəsinin  tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mədəniyyət Mərkəzinin filiallarında “20 Yanvar” faciəsinin 28-ci il dönümü ilə  əlaqədar  tədbirlər təşkil olundu.

     Mirikənd kənd və Nağaraxana kənd Folklor evlərində  “20 Yanvar” faciəsi ilə əlaqədar keçirilmiş tədbirlər zamanı kənd ziyalıları, fəal oxucular, məktəb  şagirləri iştirak etdilər. Hər bir filialda vətənin azadlığı uğrunda canından keçmiş vətən övladlarının qəhrəmanlıqlarından  danışıldı, bu günün Azərbaycanın yaddaşına Milli matəm günü  kimi yazıldiği xüsusi qeyd edildi, şəhidlərimizə həsr olunmuş  şəkil və kitab sərgiləri  təşkil olundu. Tədbirlər məktəblilərin hazırladığı kompozisiyalarla davam etdi.