Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağsu rayon MKS və Mədəniyyət Mərkəzinin filillarında “20 Yanvar” faciəsi ilə bağlı tədbirlər keçirildi

19.01.2018

       İsmayilli Regional Mədəniyyət və Turizm İdarəsinin  tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Mədəniyyət Mərkəzinin filiallarında    “20 Yanvar” faciəsinin 28-ci il dönümü ilə  əlaqədar  tədbirlər təşkil olundu.

      Ağsu  rayonunun  Çiyni,  Qaraqoyunlu, Nüydü, Ərəbuşağı, Növcü, Qaraqoyunlu, Qəşəd, Kalva kənd  kitabxana  və klublarında  Milli  Matəm gününə həsr olunmuş  silsilə tədbirlər zamanı,  kənd ziyalıları, fəal oxucular, məktəb  şagirləri iştirak etdilər. Hər bir filialda vətənin azadlığı uğrunda canından keçmiş vətən övladlarının qəhrəmanlıqlarından  danışıldı, bu günün Azərbaycanın yaddaşına Milli matəm günü  kimi yazıldiği xüsusi qeyd edildi, “20 Yanvar” şəhidlərimizə həsr olunmuş  şəkil və kitab sərgiləri  təşkil olundu , eyni zamanda bu qanlı gecənin vəhşət dolu, ürək dağlayan  anlarının  əsk etdirən vidio- çarx və sənədli filmlər nümayiş olundu. Sözü gedən tədbirlər sona çatdıqdan sonra  şəhidlərimizin məzarları ziyarət olundu və məzarları üstünə tər qərənfillər  düzüldü.