Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mahnılarda yaşayan ömür”

25.01.2018

   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Ağsu rayon Heydər Əliyev Mərkəzində, Mədəniyyət Mərkəzinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Elza İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş "Mahnılarda yaşayan ömür" adlı konsert-gecə keçirilmişdir.

   Eyvaz Bayramov bəstəkarın həyat və yaradıcılığından bəhs edərək konserti açıq elan etmişdir. Daha sonra konsert Ağsu rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Qönçə" Xalq çalğı alətləri ansamblının bəstəkarın seçilmiş əsərlərindən ibarət olan ifaları ilə davam etmişdir. Kamil Ağayevin (Sən yadıma düşəndə, Nə bəxtiyardım), Samir Ələkbərovun (Gecələr bulaq başı), Xalid
Dursunəliyevin (Əlvida, Ötən günlərimi qaytaraydılar, Bilməzdim), Əzizağa Əzizovun (Gedək üzü küləyə) ifa etdikləri mahnılar tamaşaçılarda duyğulu anlar yaşatmış və onlara xoş dəqiqələr bəxş etmişdir.