Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəbələ rayon MKS və Mədəniyyət Mərkəzinin filiallarında ” 20 Yanvar ” faciəsi ilə bağlı tədbirlər keçirildi.

19.01.2018

     Qəbələ  rayon MKS-nin Çuxur, Bunud kənd kitabxana filialları , Əmirvan kənd folklor klubu və Böyük Pirəli kənd Folklor evinin kollektivi tərəfindən  20 yanvar faciəsi ilə bağlı tədbirlər keçirildi. Tədbirlər zamanı klub, kitabxana  və dram qiraət dərnəyinin üzvləri , Folklor evinin kollektivi ve məktəbin bütün müəllim ve şagird kollektivi istirak edirdi.  Hər bir  filialda  keçirilən tədbirlərdə qanli yanvarin faciəli  günləri bir daha anildi  və  bir anlıq şəhidlərimizin ruhunu dərin sükutla  yad edildi.      Daha sonra tədbir iştirakçıları  qeyd etdi ki, 20 yanvar hadisələri tariximizin ən qanlı faciələrindəndir və bu gün  Azərbaycan tarixinə " 20 yanvar Qan Yaddaşımız" kimi yazılmışdır. Eyni zamanda tədbir iştirakçıları  bildirdi ki,  28 il keçməyinə baxmayaraq biz bu acılı, bu ağrılı günləri unutmuruq və  Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.  Sonda isə məktəb şagirdləri öz  şer və ürək ağrıdan bayatılarıyla tədbiri yekunlaşdırdılar.