Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı rayon MKS və Mədəniyyət Mərkəzinin filillarında “20 Yanvar” faciəsi ilə bağlı tədbirlər keçirildi

19.01.2018

      İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən   İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mollaisaqlı, Talıstan, Qurbanəfəndi,  Xəlilli,  Sulut,  Kürdeldarbəyli,  Aşıqbayram,  Buynuz, Cülyan, Lahıc,  Keyvəndi,  Qubaxəlilli,  Göytəpə,  Ağbulaq,  Kürdmaşı kənd kitabxana filialları və kənd klubları ilə birgə “20 Yanvar” faciəsinin 28-ci il dönümü ilə  əlaqədar  tədbirlər keçirildi. Tədbirlər zamanı icra nümayəndələri,  kənd ziyalıları, fəal oxucular, məktəb  şagirləri iştirak etdilər.  Hər bir filialda vətənin azadlığı uğrunda canından keçmiş vətən övladlarının qəhrəmanlıqlarından  danışıldı, bu günün Azərbaycanın yaddaşına qanlı həriflərlə yazıldiği xüsusi qeyd edildi, 20 Yanvar şəhidlərimizə həsr olunmuş  şəkil və kitab sərgiləri  təşkil olundu , eyni zamanda 20 yanvar faciəsinin dəhşətini, ağrı və acısını  əsk etdirən vidio- çarx və sənədli film nümayiş olundu.  . Sözü gedən tədbirlər sona çatdıqdan sonra  şəhidlərimizin məzarları ziyarət olundu və məzarları üstünə tər qərənfillər  düzüldü.