19.01.2018
20 Yanvar -Ümumxalq Hüzn Günü ilə əlaqədar İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Uşağ İncəsnət Məktəbində tədbir keçirilmişdir. İlk öncə vətənimizin azadlığı uğrunda canindan keçən mərd oğul-qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbiri giriş sözü ilə açan Məktəbin direktoru Əhməd Qəndiyev çıxışı zamanı xüsusi olaraq qeyd etdi ki, müstəqillik uğrundakı bu qanlı mübarizə eyni zamanda xalqımız üçün şərəfli bir tarixdir və 1990-ci il 20 Yanvar tarixində xalqımızın başına gətirilən faciədən 28 il keçməsinə baxmayaraq vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi heç bir zaman unudulmayacaq, hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.
Tədbir məktəb şagirdlərinin çıxışı ilə davam etdi.