Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qara Yanvar”

20.01.2018

 

  Bu gün İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon mədəniyyət müəssisələrinin kollektivi ,rayon rəhbərliyi və rayonunun digər  təşkilat, müəssisələrinin nümayənləri və rayon ictimaiyyəti ilə birgə şəhidlərin məzarını ziyarət etdilər.

 Ziyarət  başa çatdıqdan sonra İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət mərkəzində 20 yanvar faciəsinin 28-ci ildönümü münasibəti ilə Mədəniyyət Mərkəzinin “Xalq Teatrı”nın ifasında Azərbaycan Silahlı Qübvvələrinin Polkovniki Abdulla Qurbaninin eyni adlı poeması əsasında hazırladığı “Qara Yanvar” ədəbi-bədii kompozisiyası nümayiş olundu. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyəti işçiləri və İsmayıllı rayon ictimaiyyət nümayəndələri iştirak etdilər.