Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Təklə kənd Uşaq Musiqi Məktəbində 20 Yanvar şəhidləri anıldı

19.01.2018

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Qobustan rayon Təklə kənd Uşaq Musiqi Məktəbində “20 yanvar” gününə  həsr edilmiş tədbir keçirilmişdir. Tədbir “20 yanvar” şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra  məktəbin direktoru G.Cəbrayılov  hadisənin iştirakçısı kimi xatirələrini danışdı.

    Tədbir şagirdlərin ifasında “20 yanvar” gününə həsr edilmiş şerlərin ifasıyla davam etdi.