19.01.2018
“20 Yanvar faciəsi”-nin 28-ci ildönümü ilə əlaqədar İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində silsilə tədbirlər keçirilib. Saat 14:00-da Mərkəz üzrə“20 Yanvar ” hadisələrinə həsr olunmuş ilk dərs keçirilib, 15:00-da Mərkəzin foyesində Rəssamlıq şöbəsində təhsil alan şagirdlərin hazırladıqları “20 Yanvar - şagirdlərin gözü ilə” adlı əl işləri və rəsm sərgisinin nümayişi olub, 15:30-da Böyük zalda Şamaxı şəhərində fəaliyyət göstərən orta məktəb və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdləri ilə birlikdə hazırladıqları “20 Yanvar” Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər unudulmur” adlı ədəbi-musiqili kompozisiyanın təqdimatı. Rayon rəhbərliyi, ziyalılar və şəhid ailələrinin də iştirak etdiyi tədbirdə Qanlı Yanvar hadisəsinə bir daha nəzər salınıb. Azadlığımız uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsinin heç zaman unudulmayacağı dilə gətirilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!