19.01.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar -Milli Qürur və Şərəf Günümüz" adlı tədbir təşkil edildi. Tədbir zamanı Qəbələ rayon üzrə mədəniyyət müəssisələri, Təhsil şöbəsi, rayonun 2,3 və 4 saylı məktəblərin müəllim və şagird kollektivi , eləcədə rayonun jurnalistləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Zərxanım Ağayeva açdı. O, çıxışı zamanı 20 Yanvar hadisələri haqqında danışaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bu çətin zamanında xalqın səsinə səs verən yeganə şəxsiyyət olmasını və 20 Yanvar faciəsini törədənlərin cəzalandırılması üçün mühim tədbirlər gördüyünü xüsusilə vurğuladı.
Digər iştirakçıların da mövzu ilə bağlı çıxışları dinlənildikdən sonra məktəblilərin hazırladığı şeir parçaları dinlənildi və sonda 20 Yanvar hadisələri ilə bağlı video – çarx nümayiş olundu.