Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“20 Yanvar- Milli Qürur Günümüzdür”

18.01.2018

     İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Qobustan rayon Mədəniyyət  Mərkəzində “20 Yanvar” faciəsinin 28-ci ildönümü ilə əlaqədar ”20 Yanvar Milli Qürur günümüzdur” adlı rayon  tədbiri təşkil olunmuşdur.

     Tədbir zamanı İcra Hakimiyyətinin nümayəndələri, Qobustan rayonu üzrə mədəniyyət müəssisələrinin əməkdaşları, məktəb kollektivləri iştirak etdilər.  Mədəniyyət Mərkəzi və MKS-in  Uşaq Kitabxanasının rəhbərliyi ilə təşkil olunmuş tədbirdə şəhər 1 saylı və  2 saylı tam orta məktəblərinin şagirdlərinin iştirakı ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 Yanvar- Milli Qürur Günümüzdür” adlı  ədəbi-bədii kompozisiya nümayiş olundu.