Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“20 yanvar - tarixin qəhrəmanlıq salnaməsi”

18.01.2018

    İsmayıılı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon mədəniyyət müəssisələrində tədirlər planına uyğun olaraq 20 yanvar faciəsinin 28 –ci ildönümü ilə əlaqədar tədbirlər həyata keçirilir,  20 yanvar şəhidlərinin xatirəsi yad edilir.

   18 yanvar 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində Şamaxı rayon Dövlət  Rəsm Qalereyasının təşkil etdiyi rəsm sərgisinə və foto sərgiyə baxış keçirildikdən sonra, Heydər Əliyev Mərkəzinin və Şamaxı rayon MKS-nin birgə təşkilatçılığı ilə “20 yanvar - tarixin qəhrəmanlıq salnaməsi” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.