Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllıda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi

18.01.2018

     İsmayıllı rayon İcra Hakimiyyəti,  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon mədəniyyət müəssisələri və İsmayıllı rayon Bilik Fondu ilə birgə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir təşkil olundu. Tədbir zamanı öncə Heydər Əliyev  adına Mədəniyyət Mərkəzinin foyesində nümayiş olunan, qanlı 20 Yanvar hadisələrini özündə əks etdirən sərgiyə baxış keçirildi.

    Daha sonra iştirakşılar akt zalında dəyirmi masa ətrafında toplandılar. Tədbirdə RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova, İRMTİ-nin rəis müavini Azər Abbasov və digər iştirakçılar çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunlarının xalqımıza qarşı törətdiyi amansızlıqlardan, həmin gecə xalqımızın azadlığ uğrunda apardığı  mübarizəsindən,  məhz Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymətin verilməsindən geniş söhbət açdılar.

   Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş video-çarx nümayiş olundu.