Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Rəssamlıq şöbəsi Tarix-Diyarşünaslıq Muzeyində sərgi təşkil etdi

17.01.2018

Azərbaycan xalqının tarixinə ″20 Yanvar″  faciəsi kimi daxil olmuş 1990-cı il hadisələrində 28 il keçir. İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Rəssamlıq şöbəsi Tarix-Diyarşünaslıq Muzeyində qanlı ″20 Yanvar″ faciəsi ilə bağlı sərgi təşkil etdi. Muzeyə ekskursiya edən məktəblilərə əməkdaşlar tərəfindən sərgi haqqında geniş məlumat verildi, daha sonra muzeyin kino zalında  "Qanlı sətirlər" adlı film nümayiş olundu.