Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azadlığa gedən yol

15.01.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində “Şəhidlər ölməz” mövzusunda  dəyirmi masa təşkil olundu. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra 20 Yanvar tarixi haqqında  geniş mövzuda söhbətlər aparıldı. Bu dəhşətli gecədə neçə-neçə  qəhrəman övladlarımız tanklar altında əzildi, onların haqq səslərini batırmaq üçün hər cür işgəncələr, zülmlər tətbiq olundu. Lakin yenə də qəhrəman vətən övladları Azərbaycanın  müstəqilliyi uğrunda, vətənin azadlığı naminə canlarını fəda etdilər. Onlar ölməzlikləri ilə Azərbaycan tarixində yeni şanlı bir səhifə yazdılar. Elə bir səhifə ki, hər zaman bütün Azərbaycan övladlarına örnək, nümunə ola bilən bir həyat dərsi. Əlbəttə  azadlığa gedən yol 20 Yanvar gecəsindən  başlandı.