Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin 2018-ci ilin ilk aylıq seminar iclası

15.01.2018

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin filial işçiləri 2018-ci ilin ilk aylıq seminar iclası və ″20 Yanvar″ gününə həsr olunacaq tədbirlər planının müzakirəsi üçün dəyirmi masa ətrafında toplandı.

   Tədbir zamanı Mədəniyyət Mərkəzinin direktor əvəzi Araz Şəmdinli cari ildə əmək nizam-intizamının yüksəldilməsi istiqamətində görülən işlərin effektivliyi və səmərəliliyinin artırılmasının təmin edilməsi, nəzərdə tutulmuş bir çox tədbirlərin və məsələlərin icrası ilə bağlı Filial müdirlərinə  tapşırıqlar verdi.

    Həmçinin iclasda ″20 Yanvar″ gününə həsr olunacaq tədbirlərlə bağlı müzakirələr aparıldı, hər bir filialın tədbirlərə hazırlıq görməsi üçün lazımı tapşırığlar verildi.