Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəhrəmanlıq və iftixar tariximiz

15.01.2018

     XX əsr tarixinə insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin “20 Yanvar” hadisələrinin 28-ci ildönümü ərəfəsindəyik.

     İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon  MKS-in Uşaq şöbəsində balaca oxuculara kitabxananın əçəkdaçları tərəfindən  xalqımızı qəlbən sarsıtmış 20 Yanvar faciəsinin başvermə səbəbləri barədə geniş məlumat verildi. Daha sonra uşaqlar şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər.

      Sonda qəhrəmanlıq və iftixar tariximiz olan “20 Yanvar” faciəsinə həsr edilmiş əl işlərindən ibarət sərgiyə baxış keçirildi.