15.01.2018
Təqvim üzrə qeyd olunacaq ilk gün Beynəlxalq Uşaq İxtirası Günüdür (Kid Inventors Day). Bu gün hər il yanvarın 17-də qeyd olunur. Sivilizasiyamızın bütün tarixi boyu insan hər zaman nəyisə kəşf və ixtira etmişdir. Lakin bəzi ixtiraçılar buna erkən yaşlardan başlamışlar.
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-in Uşaq şöbəsində balaca oxuculara kitab xidməti ilə bərabər, oxucuların öz istək və arzularına əsasən, kitabların bərpası ilə də məşğul olurlar. Burada “Kitab müalicəxanası” adlı dərnək fəaliyyət göstərir. Həftədə bir gün dərnək üzvləri kitabxanaya yığışır, kitabların bərpası ilə məşğul olurlar. Bu günkü tədbirimiz də bu səmərəli işə həsr olunmuşdur.
Gənc ixtiraçıların istedadına həsr olunmuş bu gün uşaqlara, onların fikirlərinə, yaradıcılığına daha çox diqqət ayırmağa sövq edir. Çünki bəzi hadisələr göstərir ki, onların arasında nəhəng istedadlar yetişə bilər.