Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxı Dövlət Rəsm Qalereyasında ”Şəhidlər ölməz” adlı sərgi təşkil olundu

12.01.2018

      İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı Dövlət Rəsm Qalereyasında 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş "Şəhidlər ölməz" adlı sərgi təşkil olunmuşdur. Sərgi zamanı orta məktəb şagirdlərinin əl işlərindən ibarət rəsmlər nümayiş olunur. Şagirdlər bu əsərlərdə 1990-cı ilin 20 yanvarında baş verən faciəni, xalqımızın qəhrəmanlıq mübarizəsini  öz bacarıqları və yaradıcı təxəyyülləri ilə göstərməyə çalışıblar.

     Sərgi yanvar ayının 25-dək davam edəcək.