Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hüzn və qürur günümüz”

12.01.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Şamaxı rayon MKS-nin  20 yanvar faciəsinin 28-ci  ildönümü ilə əlaqədar tədbirlər planı tərtib olunmuşdur. Tədbirlər planına uyğun olaraq  Mərkəzi kitabxanada M.Ə.Sabirin Ev Muzeyinin əməkdaşları ilə birgə “Hüzn və qürur günümüz” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə ilk öncə şəhidlərin xatirəsi  bir dəqiqəlik sükutla yad olundu. Çıxış edənlər 28 il əvvəl doğma yurdunun , xalqının azadlığını , şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarının həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmasından danışdılar. Şəhər 1 saylı tam orta məktəbin, Avropa liseyinin şagirdləri  20 yanvara həsr olunmuş şeirlər söylədilər. 

   Kitabxanada 20 yanvar hadisələri ilə bağlı kitab və foto sərgilər təşkil olunmuşdur.