Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində qorunan qədim xalq sənəti nümunələri

09.01.2018

 Azərbaycan xalqı  qəhrəman  olduğu qədər zəhmətkeş və əməksevərdir.Bu zəhmətkeş xalqın  tarixi sənət nümunələri içərisində xalçaçılıq sənəti də böyük yer tutur. Azərbaycan xalçaları hər zaman dillər əzbəri, evlərin, sarayların yaraşığı, bəzəyi  olmuşdur. Bildiyimiz kimi tarixən Azərbaycan xalçalarına maraq böyük olmuşdur. Qəbələdə də  xalçaçılığa geniş yer verilmiş, bu  sənət növü ilə  Qəbələ qadınları  da məşğul olmuşlar. Onu da xatırladak ki, Qəbələ xalçaları Quba xalçaları qrupuna daxildir. İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyində buranın ekspozisiyasını bəzəyən qədim sənət nümunələrindən olan xalçalara da rast gəlmək olur. XIX əsrin nümunələri olan  qədim   xalçalar: ”Balıq”, ”Ləmpə”, ”Zeybə”, ”Günəş” adlanan  bu sənət  yadigarları haqqında, xalçaçılıq sənətinin tarixi haqqında Muzeyə ekskursiya edən hər kəsə  geniş məlumat verilir. Eyni zamanda bu  günə qədər bütün gözəlliklərini qoruyub saxlayan  bu  sənət nümunələrinə   xüsusi muzey xidməti, qayğısı göstərilir. Çünki, bu nümunələr  gələcək nəsillərə  ərmağan, tariximizin  yadigarlarıdır.