Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitabxananın balaca oxucuları ilə birgə bayram şənliyi

29.12.2017

  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Mərkəzi Kitabxanası və Uşaq şöbəsində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü“ və  “Yeni il“ münasibətilə tədbir keçirilmişdir.

   Mərkəzi Kitabxanada təşkil olunmuş tədbiri giriş sözü ilə MKS-in direktoru Anar Rüstəmli açdı. O, bütün tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdərək ən xoş arzularını çatdırdı. Daha sonra Qəbələ rayon Mədəniyyət  Mərkəzinin direktoru Ağayev Malik yeni il münasibətilə hər kəsi bayram münasibətilə təbrik etdi.

   Şaxta babanın tədbirə gəlişi  və gətirdiyi hədiyyələr  şənliyi daha da maraqlı etdi. Tədbir musiqi proqramı ilə davam etdi.

   MKS-in Uşaq şöbəsi isə bayramı öz məktəbli oxucuları ilə birgə qeyd etdilər. Tədbir zamanı MKS-in əməkdaşları balacaları bayram münasibətilə təbrik etdilər, onlara dərslərində nailiyyətlər, hayatlarında bolluca uğurlar arzuladılar. Sonra məktəblilər şeirlər söylədi, mahnılar ifa etdilər.Tədbirdə iştirak edən  Qəbələ şəhər 5 saylı tam orta məktəbin 3-cü sinfinin  müəllim və şagirdləri kitabxana işçilərinə yaratmış olduqları şərait üçün öz minnətdarlıqlarını bildirdi.

   Sonda Mərkəzi Kitabxananın Uşaq şöbəsi məktəblilərə jurnal hədiyyə etdilər.