Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsanlara mənəvi saflıq aşılayan bəstəkar.

10.01.2018

2018-ci ilin yanvar ayında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi Elza İmaməddin qızı İbrahimovanın anadan olmasının 80 illiyi tamam olur.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasında, müxtəlif janrlarında əsərlər yazmış, uzun illər görkəmli ifaçıların repertuarını daha da zənginləşdirmiş mahnıların bəstəkəkarı Elza İbrahimovanın 80 yubileyinə həsr olunmuş  mahnı saatı təşkil olundu.

    Tədbiri giriş sözü ilə açan  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Cavanşir Şeydazadə böyük bəstəkarın  həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. 

   Daha sonra Elza İbrahimovanın, dinləyicilərin rəğbətinin qanmış mahnılarından ibarət video-çarx nümayiş olundu.