09.01.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nin Uşaq şöbəsində ötən illərin ənənəsinə sadiq qalaraq müxtəlif səpgili tədbirlərin təşkili davam edir.
Kitabxananın fəal oxucularla növbəti görüşü zamanı, ilk öncə fonda daxil olmuş yeni kitablarla tanışlıq oldu. Kitablar oxucular tərəfindən maraqla qarşılandı.
Daha sonra “Nağıl otağı”nda nağıl saatı təşkil olundu və Şarl Perronun “Çəkməli pişik” nağılı uşaqlara söylənildi. Sonda nağıl qəhrəmanları haqqında uşaqlar arasında müzakirə aparıldı.