Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev Mərkəzinin növbəti qonaqları

08.01.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi növbəti qonaqlarını qarşıladı. Ağsu şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri, sinif rəhbərləri ilə birgə ilk öncə Mərkəzlə yaxından tanış oldular.

    Mərkəzin əməkdaşları tərəfindən ekskursiya iştirakçılarına  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən zəngin eksponatlar haqqında və onun Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə ölkənin inkişafı baxımından atdığı addımlar, Azərbaycanın dünyada mövqeyinin möhkəmləndirilməsi üçün həyata keçirildiyi layihələr barəsində ətraflı məlumat vermişdir. Qonaqlar eləcə də Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri, burada yaradılmış və hazırda təqdim edilən sərgilərlə də tanış oldular.

   Sonda şagirdlər milli kinofilmlərin nümayişi çərçivəsində film izlədikdən sonra Ulu öndər Heydər Əliyevin büstü qarşısında xatirə şəkli çəkdirdilər.