Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin yeni ildə ilk iş günü

04.01.2018

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən   Qəbələ rayon Tarix-Diyarşünaslıq muzeyində  2018-ci ilin yeni iş gününə başlanılması ilə əlaqədar olaraq dəyirmi masa təşkil olunmuşdur. Yeni ildə qarşıdakı iş planlarının daha da genişləndirilməsi, muzey fəaliyyətinin hərtərəfli şəkildə şaxələnməsi  dəyirmi masanın əsas mövzusu olmuşdur.

       Cari ildə qarşıda  duran əsas vəzifələr, kollektiv surətdə görüləcək işlər, həyata keçiriləcək bir çox mühüm layihələr haqqında geniş mövzuda söhbətlər aparıldı və təkliflər dinlənildi.