Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bum qəsəbə Yaradıcılıq evinin əsgərlərlə görüşü

30.12.2017

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon  Bum qəsəbə Yaradıcılıq evinin  kollektivi Qəmərvan kəndində yerləşən  “N” saylı hərbi hissədə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə əsgərlər qarşısında konsert proqramı ilə çıxış etdilər.

Burada çıxış edən Yaradıcılıq evinin kollektivi əsgərlərə ən xoş arzularını və öz əsgəri borclarını layiqincə yerinə yetirmələrini dilədilər. Daha sonra tədbir rəngarəng  konsert proqramı ilə davam etdi.