Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Qafarova Nargilə Məmmədiyar qızı

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Baş məsləhətçi (Qəbələ rayonu üzrə)

Nargilə Qafarova 1963-cü il avqust ayının 6-da Qəbələ rayon Aydınqışlaq kəndində anadan olmuşdur. 1970-1980-ci illərdə Qəbələ rayon Aydınqışlaq kənd orta məktəbində oxumuşdur. 1980-cı ildə Bakı Mədəni-Maarif məktəbinə daxil olmuşdur. 1982-1983-cü illərdə Qəbələ rayon Zarağan kənd klubunda bədii rəhbər işləmişdir. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun mədəni-maarif fakultəsinə daxil olmuş, 1987-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1989-cu illərdə Qəbələ rayon Mədəniyyət evində bədii rəhbər, 1989-1992-ci illərdə Qəbələ rayon Gənclər İttifaqında katib, 1992-2000-ci illərdə Qəbələ rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə, 2000-2003-cü illərdə Qəbələ rayon Böyük Pirəlli kənd inzibati ərazi üzrə nümayəndəliyində müavin, 2003-2004-cü illərdə Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində direktor, 2004-2016-cı illərdə Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-ci ildən İsmayıllı Regional Mədəniyyət  İdarəsində Qəbələ rayonu üzrə Baş məsləhətçi vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.  

Telefon: 050-677-84-10